AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in İcraçı direktoru Azad Rəhimov bu gün Bakı 2015 birinci Avropa Oyunlarının Məşəl Səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakı 2015 birinci Avropa Oyunlarının açılış mərasimində iştirakı və məşəl daşıyacağı barədə məlumatlara da aydınlıq gətirib.
O bildirib ki, bu doğru məlumat deyil: "O şəxsi dəvət əsasında Bakıya tanışlıq məqsədi ilə gəlib".