Azad Rəhimovun Braziliya səfəro başa çatdı

Azad Rəhimovun Braziliya səfəro başa çatdı
GƏNCLİK
14:00 29.04.2013
1533

Gənclər və idman nazirinin Braziliya səfəri başa çatıb

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya aprelin 21-dən başlanan səfəri başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, nazirin səfəri aprelin 24-dən 26-dək Rio de Janeyro şəhərində davam edib. Səfər çərçivəsində nazir A.Rəhimovun Braziliya Dövlət Olimpiya Komitəsinin Prezidenti Marsio Forteslə görüşüb. M.Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək 2016-ci ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya və parolimpiya oyunlarına hazırlıq işlərindən danışıb. Nazir A.Rəhimov Bakıda 2015-ci ildə təşkil olunacaq I Avropa Oyunları haqqında danışaraq bu kimi beynəlxalq idman tədbirləri ilə əlaqədar iki ölkə arasında təcrübə mübadiləsinin vacib olduğunu bildirib.

Sonra, gənclər və idman naziri Rio-2016 Təşkilat Komitəsinin Xarici Əlaqələr üzrə direktoru səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Azərbaycan-Braziliya münasibətlərinin müşahidə olunan inkişafı, xüsusilə idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. A.Sanktor Rio-2016 Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışaraq, bu sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nöqteyi nəzərindən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra, nazir A.Rəhimov “Marakana” stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub.

Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri E.Sultanov və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şəbəsinin müdiri İ.Mədətov da iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər