''Azadlıq' qəzeti 3 gün ərzində üzr istəməzsə, məhkəməyə müraciət ediləcək' - RƏSMİ

MEDİA
17:10 24.04.2012
2002

Azərbaycan Prezidentinin mətbuat xidməti "Azadlıq" qəzetinin məlumatına münasibət bildirib.

Prezidentin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda deyilir: “Uzun müddətdir, “Azadlıq” qəzeti ardıcıl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilib. 

Məsələ ilə əlaqədar bildiririk ki, prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.
OXŞAR XƏBƏRLƏR