AZAL 2011-ci ildə 4 "Aerobus" alacaq

Bütün Xəbərlər
19:48 24.12.2010
2059

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti uçuşların coğrafiyasını və təyyarə parkını genişləndirir. Bu gün 170 sərnişinlik daha 2 ədəd “Aerobus-320” təyyarəsi qurumun aviaparkına daxil olub. AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib ki, "Aerobus" avialaynerləri alındıqdan sonra yeni istiqamətlər üzrə aviamarşrutların açılması istisna olunmur. Onun sözlərinə görə, yeni təyyarələrin istifadəsi sərnişinlərin təhlükəsizliyi ilə yanaşı, rahatlığını da təmin edəcək. Aviaparkın genişlənməsilə illik sərnişindaşıma 1,5-2 dəfə artacaq. Səhmdar cəmiyyət bununla kifayətlənməyəcək, gələn il Avropa istehsalı olan daha 4 ədəd "Aerobus" təyyarəsi alacaq. "Bu gün Azərbaycan Hava Yolları QSC-nin aviaparkı daha iki müasir tipli “Aerobus-320” təyyarə ilə təchiz edildi. Yaxın vaxtlarda daha iki “Aerobus-320” təyyarəsi bizim aviaparkda yer alacaq. Fevral ayında isə iki ədəd “Aerobus 319” tipli təyyarə Azərbaycan Hava Yolları QSC-nin istismarına veriləcək. Bu təyyarələrin alınması ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Bu təyyarələrinin alınması üçün ayrılan kredit ödənilməsi Azərbaycan Hava Yolları QSC-nin gəlirləri hesabına yerinə yetiriləcək",- deyə Eldar Hacıyev bildirib.

 

OXŞAR XƏBƏRLƏR