AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı

AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı
İQTİSADİYYAT
17:00 09.12.2025
189

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” (AZAL) və Asiya İnkişaf Bankı (AİB) "ESG-nin əməliyyatlaşdırılması” (Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması və dayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.

 

AZXEBER.COM xəbər verir ki, layihə aviaşirkətin ətraf mühit, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiya imkanlarının genişləndirilməsini nəzərdə tutur.

 

Memorandum "AZAL” QSC-nin prezidenti Samir Rzayev və AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindən imzalanıb. Tədbirdə AİB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL və bankın nümayəndələri iştirak ediblər.

 

AİB tərəfindən maliyyələşdirilən texniki dəstək layihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr – Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək "ESG-nin əməliyyatlaşdırılması” layihəsi çərçivəsində ESG prinsiplərinin əsas idarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək.

 

Layihə, həmçinin dayanıqlı maliyyələşdirmə və "yaşıl” aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarının artırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasını nəzərdə tutur.

 

"AİB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinin tətbiqinə və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyə institutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir. Fəaliyyətimizi Azərbaycanın milli inkişaf məqsədləri və qlobal çağırışlarla uzlaşdıraraq aviasiya sektorunun dayanıqlı transformasiyasına töhfə verməkdə qərarlıyıq. Əminik ki, bu birgə layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda, o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək,” – deyə "AZAL” QSC-nin prezidenti Samir Rzayev bildirib.

 

"Asiya İnkişaf Bankı Azərbaycanın aviasiya sektorunda dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə AZAL ilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın əsas biznes proseslərinə inteqrasiyası üzrə ortaq öhdəliyimizi əks etdirir və aviaşirkətin dayanıqlı inkişaf hədəflərinə xidmət edir. Beləliklə, Azərbaycanın dayanıqlı inkişaf prioritetləri naminə yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfə verməyi qarşımıza məqsəd qoyuruq”, – deyə AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal qeyd edib.

 

Həmçinin AİB ilə AZAL arasında əməkdaşlığın digər istiqamətləri də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri, emissiyaların kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəvi iqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri araşdırılır.

 

AİB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESG strategiyasının və "Sıfır/Sıfıra Yaxın Emissiya Planı”nın ("Net/Near Zero Emissions”) icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eyni zamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni tərəfdaşlıqların inkişafı, ESG üzrə statistik məlumatların təhlili, iqlim risklərinin investisiya layihələrinə inteqrasiyası, beynəlxalq standartların tətbiqinin davam etdirilməsi, həmçinin şəffaflıq və hesabatlılığın artırılması istiqamətində mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO