AZAL Bakı-Gəncə-Bakı aviareysini ləğv edir

AZAL Bakı-Gəncə-Bakı aviareysini ləğv edir
Bütün Xəbərlər
14:18 13.11.2015
1289
Şirkət ölkə əhalisi üçün nəzərdə tutulan daxili reysləri ləğv edir.
Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.
AZXEBER.COM  xəbər verir ki, bu faktı Trend-ə AZAL-ın mətbuat xidmətindən təsdiqləyiblər.
Mətbuat xidmətindən reyslərin ləğv olunmasına səbəb kimi onların rentabelli olmadığı bildirilib:
“Sərnişinlər bu reyslərdən kifayət qədər istifadə etmədiyi üçün həmin reyslər ləğv olunacaq. Artıq bu səbəbdən Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir”.
Qeyd olunub ki, Bakı-Gəncə-Bakı istiqamətində uçuşlar isə noyabrın 21-də ləğv ediləcək.
OXŞAR XƏBƏRLƏR