AZAL-dan yeni aksiya.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi aksiya elan edib.
AZAL-dan AZXEBER.COM-a verilən məlumata görə, indi Bakıdan İstanbula (Sabiha Gökçən hava limanı) və geriyə, Bakıya biletin qiyməti cəmi 225 avro təşkil edir.
Aksiya mayın 24-dək davam edəcək.
Qeyd edək ki, aksiyadan öncə Bakı - İstanbul - Bakı bileti 330 manat idi.