“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Lvov-Bakı marşrutu üzrə birbaşa müntəzəm uçuşlara başlayacaq.
Aviauçuşlarla bağlı AZAL-ın bu gün Ukraynanın "Mirotel" turizm şirkəti ilə müqavilə imzalayacağı gözlənilir. Bunu “APA-Economics"ə ukraynalı turizm şirkətinin baş meneceri Yelena Qeraşenko bildirib.
Onun sözlərinə görə, aviauçuşların may ayının ikinci yarısından etibarən yerinə yetirilməsi nəzərdə tutulub: “Qeyd edilən marşrut üzrə aviauçuşlar həftədə iki dəfə -cümə axşamı və bazar günləri həyata keçiriləcək”.
Şirkətinin nümayəndəsi deyib ki, bu aviareys Lvov şəhərinin yaxınlığında yerləşən Truskavets və Morşin sanatoriya-kurort müəssisələrinə və Karpat dağlarındakı istirahət zonalarına getmək istəyən vətəndaşlarımız üçün çox əlverişlidir.