AZAL biletləri ucuzlaşdıracaq - RƏSMİ AÇIQLAMA

AZAL biletləri ucuzlaşdıracaq -  RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
16:41 23.12.2015
1251
Azərbaycan Mərkəzi Bankının manatın "üzən məzənnə"yə keçidi barədə qərarı ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib. 
AZAL-dan  verilən məlumata görə, iclasda QSC prezidenti Cahangir Əsgərov hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb. 30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb. Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.
///Fins.az
OXŞAR XƏBƏRLƏR