AZAL əl yükünün çəkisini artırdı

AZAL əl yükünün çəkisini artırdı
Bütün Xəbərlər
17:25 23.09.2015
2179
Əvvəl əl yükünün maksimum çəkisi 5 kiloqram idi.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.
Bu barədə AZAL-dan AZXEBER.COM-a bildirib.
“Bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi” - deyə, AZAL-dan bildirilib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.
OXŞAR XƏBƏRLƏR