AZAL geri çəkildi

AZAL geri çəkildi
Bütün Xəbərlər
10:38 19.11.2015
1602
Şirkətin bu addımı daxili turizmə zərbə kimi qiymətləndirilmişdi.
AZAL Bakı-Gəncə aviareysini davam etdirəcək.
Bu barədə Oxu.az-a Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.
“Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar həftədə 3 dəfə - çərşənbə günü, cümə və bazar günləri təşkil olunacaq”, - deyə P. Kəsəmənski bildirib.
P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan etmişdi.
Bu isə öz növbəsində həmin ərazidə yaşayan insanların kəskin narazılığına səbəb olmuş, AZAL-ın bu addımı daxili turizmə zərbə kimi qiymətləndirilmişdi.
Lakin göründüyü kimi, şirkət ictimai narazılığın artdığını görərək, bu, qeyri-populyar qərarını ləğv etməyə məcbur olub.
Qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR