Xəzər rayonunun Binə qəsəbəsində dəhşətli hadisə baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumat görə, iyulun 26-da saat 01:35 radələrində 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Fərhad Əbdülrəhmanov adlı şəxs 1972-ci il təvəllüdlü keçmiş həyat yoldaşı, AZAL-da stüardessa işləyən Alfiyyə Əbdülrəhmanovanın sifətinə turşu məhlulu (kislota) atıb.Hadisə onların 11 yaşlı oğlanlarının gözü qarşısında baş verib.Nəticədə qadının üzü və boğazı yanıb, gözləri isə görmə qabiliyyətini itirib. Dərhal xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar 6 il əvvəl ayrılsalar da A. Əbdülrəhmanova həyat yoldaşının soyadını saxlayıb. Əri ilə ayrıldıqdan sonra Binə qəsəbəsinə köçən A.Əbdülrəhmanova oğlu ilə birlikdə orada yaşamağa başlayıb.Boşanmalarına baxmayaraq stomatoloq işləyən F. Əbdülrəhmanov həyat yoldaşını bərk qısqanıb. Buna görə də iş otağında saxladığı kislotanı götürərək A.Əbdülrəhmanovanın üzünə atıb.Qeyd edək ki, hadisədən az sonra F.Əbdülrəhmanov Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.