AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir

AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir
İQTİSADİYYAT
15:20 23.09.2024
362

Azərbaycanın milli aviadaşıyıcısı AZAL oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayacaq.

AZXEBER.COM xəbər verir ki, bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.

 

Artıq AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız "SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə biləcəklər. Bu sistem yüksək təhlükəsizlik standartlarına cavab verir və bütün əməliyyatlar müasir texnoloji həllərlə qorunur.

 

Şəxsiyyətin təsdiqlənməsi prosesi AZAL-ın sisteminə tamamilə inteqrasiya olunub. Saytda bilet alarkən sərnişinlər "SİMA İmza” ilə QR-kodu oxudaraq şəxsiyyətlərini təsdiqləyəcəklər. Mobil tətbiq vasitəsilə biletin alınması zamanı isə sərnişinlər "SİMA İmza” tətbiqinə keçid edəcək və prosesi tamamladıqdan sonra bileti əldə edə biləcəklər. Qeyd olunan tədbirlər Naxçıvan istiqamətində onlayn bilet alışının artmasına töhfə verəcək.

 

Qeyd edək ki, bir neçə sərnişin üçün bilet əldə edərkən sərnişinlərdən yalnız bir nəfərin "SİMA İmza" ilə təsdiq prosesindən keçməsi kifayətdir.

 

"SİMA İmza”dan istifadə etmək üçün sərnişinlər öncə SİMA tətbiqini yükləyib qeydiyyatdan keçməlidirlər. Proses cəmi bir neçə dəqiqə çəkir. Bundan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə aviabiletləri asanlıqla onlayn almaq mümkün olacaq. SİMA tətbiqində qeydiyyatla bağlı videotəlimat: https://www.youtube.com/watch?v=XWvnIORg1_E

 

Oktyabrın 1-dən Naxçıvan istiqamətində səyahət etməyi və aviabiletləri onlayn əldə etməyi planlaşdıran sərnişinlərə SİMA tətbiqini əvvəlcədən yükləmək və qeydiyyatdan keçmək tövsiyə olunur. Yenilik yalnız Azərbaycan vətəndaşlarına şamilolunur.

 

"SİMA İmza” sistemi bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı