AZAL Naxçıvana uçuşları dayandırdı, aeroportda basırıq yarandı

AZAL Naxçıvana uçuşları dayandırdı, aeroportda basırıq yarandı
Bütün Xəbərlər
13:12 20.08.2015
1938

AZAL dünəndən etibarən Naxçıvana reysləri dayandırıb. Bu səbəbdən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında sərnişin sıxlığı yaranıb.

AZXEBER.COM xəbər verir ki, bu barədəvirtualaz.org saytınamuxtar respublikaya uça bilməyən sərnişinlər xəbər verib.

Uçuşların təxirə salınmasının və gecikdirilməsinin səbəbləri sərnişinlərə izah olunmayıb. Sərnişinlər aviaşirkət rəhbərliyi ilə görüş tələb edirlər. Aeroportda basırıq var.

Bu vəziyyəti virtualaz.org saytına şərh edən AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, Naxçıvan reyslərinin gecikməsi təyyarədəki texniki problemlərlə bağlıdır. Həmin təyyarə dünəndən anqardadır və təmir olunur.

“İndi Naxçıvan reysi üçün “Airbus A340” markalı təyyarə ayrılıb. Bu təyyarə 236 yerlikdir. İkinci təyyarənin təmiri isə saat 15:00-a qədər başa çatacaq və problem tam həll ediləcək” - deyə P.Kəsəmənski bildirib.

OXŞAR XƏBƏRLƏR