AZAL Tehran istiqamətində uçuşların sayını artırır

İQTİSADİYYAT
11:56 05.12.2013
1274

“Azərbaycan Hava Yolları” 28 dekabrdan Bakı-Tehran-Bakı istiqamətindəki müntəzəm uçuşlarını həmçinin həftənin şənbə günləri də daxil olmaqla yerinə yetirməyə başlayacaq.

AZXEBER.COM-un aviaşirkətə istinadən verdiyi xəbərə görə, beləliklə də uçuşlar həftənin bütün günləri həyata keçiriləcək.Bakıdan uçuş saat 10:35, Tehranda eniş 11:15, Tehrandan uçuş saat 12:35, Bakıda eniş 13:55-də olacaq. Uçuşlar Embraer tipli hava gəmilərində yerinə yetiriləcək.Bildirək ki, Bakı-Tehran istiqamətində gediş-dönüş biletinin minimal qiyməti 200 manatdan yuxarıdır.

OXŞAR XƏBƏRLƏR