AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - Video+Fotolar

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - Video+Fotolar
İQTİSADİYYAT
12:23 26.06.2026
770

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil "Airbus A321neo” təyyarəsini əlavə edib. 

AZXEBER.COM xəbər verir ki, bu haqda "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.

Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında "Airbus "A319ceo”, "A320ceo”, "A320neo” və "A321neo” tipli təyyarələr istismar olunur.

Yeni nəsil "Airbus A321neo”nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.

"Airspace” salon konsepsiyası yeni nəsil "Airbus A321neo” təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo” hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo” 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli "Wi-Fi” xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.

Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?
22:32 25.09.2026
Azərbaycanda dərs müddəti 30 dəqiqəyə endirilə bilər?