"Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hərəkətləri davam etdirilir".
AZXEBER.COM-un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda faktla bağlı cinayət işi başlanıb:
"Ekspertiza işləri davam etdirilir. Bu hadisə ilə bağlı çoxsaylı ekspertizalar keçirilib. Bu yaxınlarda bizim əməkdaşlar Qazaxıstana ezam olunublar. Orada yenidən ekspertizalar təyin edilib. Yəqin ki, yaxın vaxtlarda ekspertizaların nəticələri məlum olacaq".