AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb

AZAL və “Air Serbia” yeni kod-şerinq tərəfdaşlığına başlayıb
İQTİSADİYYAT
15:46 06.04.2026
696
 AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia” ilə kod-şerinq sazişi imzalayıb.

2026-cı ilin may ayından etibarən Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar "Air Serbia”nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək. Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın "Air Serbia” tərəfindən icra olunan reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad–Bakı–Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 3 may 2026-cı il tarixinə planlaşdırılıb.

Hər iki milli aviadaşıyıcı arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

"Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaqlar. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir”, — deyə Azərbaycan Hava Yollarının Baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.

"Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk”, — deyə "Air Serbia” şirkətinin Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.

Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Azərbaycan Hava Yolları (AZAL) haqqında

AZAL nüfuzlu "Skytrax” təşkilatının "4 Ulduz” reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards” nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect” və "IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

"Air Serbia” haqqında

"Air Serbia” Serbiyanın milli aviadaşıyıcısıdır və Belqradı Avropa, Aralıq dənizi regionu, Şimali Amerika və Asiya üzrə 100-dən çox istiqamətlə birləşdirir. Nyu-York, Çikaqo, Şanxay və Quanqcou istiqamətlərinə uzunməsafəli reyslərdən sonra aviaşirkət 2026-cı ildə beşinci uzunməsafəli marşrutunu – Toronto istiqamətini istifadəyə verməyə hazırlaşır. Həmin il ərzində marşrut şəbəkəsinə əlavə olaraq Santorini, Bakı, Alikante, Sevilya, Tenerife və Tromso şəhərləri də daxil ediləcək.

Milli aviadaşıyıcı kimi "Air Serbia” Serbiyanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və turizmin, eləcə də milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verir. Bu xüsusilə 2027-ci ildə Belqrad şəhərində keçiriləcək "Expo 2027 Belgrade” beynəlxalq sərgisi ərəfəsində daha böyük əhəmiyyət kəsb edir, çünki aviaşirkət tədbirin "Platinum” tərəfdaşıdır. Həmin ildə "Air Serbia” yaranmasının 100 illiyini qeyd edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər