AZAL və Israilin "El Al" aviaşirkəti kod-şer razılaşması imzaladı

SOSİAL
10:12 11.02.2025
142
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Israilin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb.

AZXEBER.COM bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.

Belə ki, "EL AL"-ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. "Matmid" loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.

OXŞAR XƏBƏRLƏR