AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzaladı

AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzaladı
İQTİSADİYYAT
15:32 19.11.2025
1057
Dubay – AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili "Wi-Fi” xidməti təqdim edəcək. AZAL peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc.” şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

AZXEBER.COM xəbər verir ki, saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə ("Airbus A320” ailəsi və uzunməsafəli "Boeing 787-9 Dreamliner”) "Viasat Amara” yüksəksürətli sistemi ilə təchiz olunacaq. "Viasat Amara” yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli "Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki "Airbus A320neo” təyyarəsində quraşdırılıb.

"Viasat” ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin "Dubai Airshow” çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli "Wi-Fi”ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq,” - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Yeni bağlantı imkanları və genişləndirilmiş rəqəmsal infrastruktur AZAL-ın yenilənmiş xidmət konsepsiyasının əsas hissəsinə çevriləcək və bütün sərnişin kateqoriyaları üçün daha komfortlu və müasir səyahət təcrübəsi təmin ediləcək.

"Azərbaycan Hava Yolları ilə əməkdaşlıq edərək sərnişinlərə ilk dəfə olaraq yüksəksürətli, videoyayıma uyğun "Wi-Fi” xidməti təqdim etməkdən məmnunuq. "Viasat Amara” səyahət zamanı rəqəmsal təcrübəni yeni səviyyəyə yüksəldəcək. Bu əməkdaşlıq innovasiyaya və sərnişin təcrübəsinin yüksəldilməsinə dair ortaq öhdəliyimizi əks etdirir,” - deyə "Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman vurğulayıb. 

AZAL biznes sinfi sərnişinlərinə və loyallıq proqramının yüksək statuslu üzvlərinə bortdaxili internetdən ödənişsiz istifadə imkanı təqdim edəcək. Yeni xidmət aviaşirkətin rəqəmsal transformasiya strategiyasını gücləndirməklə yanaşı, beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, AZAL nüfuzlu "Skytrax” təşkilatının "4 Ulduz” reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards” nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ və ya ESG) öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect” və "IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin