Azana qadağa qoyduğu deyilən deputatdan Elza Seyidcahana şok sözlər

Azana qadağa qoyduğu deyilən deputatdan Elza Seyidcahana şok sözlər
SOSİAL
02:00 15.08.2016
9985

Millət vəkili Tahir Süleymanov Şabranda dəbdəbəli villasının görüntülərinin yayılamsına və həmin evin yaxınlığındakı məsciddə azan verilməsinin qadağan etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Deputat Publika.az-a açıqlamasında deyib ki, azan səsini qadağan etməsi barədə səslənən iddialar tam yalandır: “Məni tanıyanlar bilir ki, mən dini inanclı ağsaqqal adamam, 70-ə yaxın yaşım var. Hər birimiz azərbaycanlıyıq, müsəlmanıq. Heç elə müsəlman ola bilərmi ki, azanı xoşlamasın? Damarından müsəlman qanı axan hər bir insan, o cümlədən mən azanı sevirik. Buna heç kəsin şübhəsi olmasın. Mən və ailəm, övladlarım inanclı insanlardır. Övladlarım namaz qılırlar, oğlum Həcc ziyarətində olub. Biz rayonda, məsciddə və digər yerlərdə xeyriyyə işləri görürük. İndi necə ola bilər ki, mən azanı xoşlamayım? Bunu kim uydurursa, Allah özü onun cəzasını verəcək”.

T.Süleymanov qeyd edib ki, sözügedən videonu çəkən Mehman Hüseynov Şabrana məqsədli şəkildə gedib: “Mən rayonda yox idim, dedilər ki, bir nəfər gəlib evi çəkir. İndi mən nə bilim ki, bu adam nə məqsədlə bura gəlib. Evimin videosunu çəkir. Mən 60 ildir ki, işləyirəm. İndi mənim rayonda bir evim olmamalıdır? Əslən Şabrandanam, ancaq hazırda şəhərdə yaşayıram. Həmin ev bizim ata yurdumuzdur. Sadəcə olaraq o ev sonradan təmir olunub. Mənim cəmi 2 evim var, biri Şabranda olan həmin evdir. Digər isə Bakıda yaşadığım evdir. Şabrandakı həmin evdə hazırda oğlum yaşayır. Bizim rayonda o cür evlərin sayı kifayət qədərdir. İstər Qubada, istər Xaçmazda, istərsə də Şabranda o cür evlər minlərlədir. İndiki zamanda hər kəsin özünə ən azı bir ev almaq imkanı var. Evi olmaq nə zamandan eyib sayılır? Hər kəsin yaşamaq üçün bir evi olmalıdır da. İnsan nə qədər paxıl və ya kinli olmalıdır ki, məni tanımaya-tanımaya evimin videosunu çəkməlidir. Axı mənim onunla nə qəsdi-qərəzliyim var? Mən o adamı anlaya bilmirəm. Allahdan arzum odur ki, hər kəsin ürəyi istəyən evi olsun. Elə videonu çəkən Mehman Hüseynova da ürəyi istəyən evin qismət olmasını Allahdan arzu edirəm”.

T.Süleymanov evinin videosunun yayılmasında Milli Məclisə seçkilərdə keçmiş rəqibi olan müğənni Elza Seyidcahandan şübhələndiyini də söyləyib: “Bilirsiniz, mən səbirli adamam, araşdırma aparıb, sonra fikir bildirmək istəyirəm. Onunla bağlı (müğənni Elza Seyidcahanı nəzərdə tutur – red.) şübhələrim var. Bunu o, da edə bilər. Ancaq dəqiq bilmədiyim üçün imansızlıq etmək istəmirəm. Hələlik bununla bağlı araşdırma aparıram. Hər şeyi zaman göstərəcək”.

Xatırladaq ki, tanınmış blogger Mehman Hüseynov Şabranın deputatı Tahir Süleymanovun bu rayonda yerləşən dəbdəbəli villasını lentə alaraq “Sancaq” adlı “facebook” səhifəsində paylaşıb.

Mehman Hüseynov videoda villanın necə tikilməsi barədə də danışaraq, bildirib ki, deputatın villasının yerində kasıb bir ailənin evi varmış: “Lakin rayon rəhbərliyi həmin ailəyə deyib ki, yaxınlıqda məscid olduğuna görə ev sökülməlidir. Bildiriblər ki, məscidin yanında ev tikilə bilməz. Ev söküləndən sonra Tahir Süleymanov həmin ərazidə özünə dəbdəbəli villa inşa etdirib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək