Azarkeşlər istədi, Elvin meydana qayıtdı - Video

Azarkeşlər istədi, Elvin meydana qayıtdı - Video
İDMAN
20:57 13.08.2026
152
Hazırda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin davam edən cavab matçında "Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə bağlı maraqlı hadisə yaşanıb.

AZXEBER.COM xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi 31-ci dəqiqədə "Dinamo”nun hücumunun qarşısını alarkən zədələnib. 

Bundan sonra təcrübəli mütəxəssis Qurban Qurbanov onu Bruno Lanqa ilə əvəzləmək istəsə də, Tofiq Bəhramov adına Respublika Stadionunu dolduran azarkeşlərin Elvinin adını qışqırmasından sonra o, ağrıya baxmayaraq oyuna davam edib.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR