Azay Quliyev Lissabona səfər edəcək

Azay Quliyev Lissabona səfər edəcək
SİYASƏT
13:35 17.12.2013
1228

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev dekabrın 17-dən 20-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.

APA-nın xəbərinə görə, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşin dəvəti ilə gerçəkləşən səfər zamanı millət vəkili ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, eyni zamanda Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüşəcək.

OXŞAR XƏBƏRLƏR