Azay Quliyevdən QHT-lərə xoş xəbər

GƏNCLİK
17:37 18.01.2013
1438
Azərbaycanda 10 min manatadək illik dövriyyəsi olan qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarını təqdim etməkdən azad olunması gözlənilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, bununla bağlı məsələ 2013-2018-ci illərdə QHT-lərin inkişafı üzrə Fəaliyyət Planında öz əksini tapıb.Şura sədri hesab edir ki, illik dövriyyəsi kiçik məbləğdə olan QHT-lərin sənəd təqdim etməsinə ehtiyac yoxdur. (trend)O, həmçinin bildirib ki, ümumilikdə bütün QHT-lərin hesabatlarının gələcəkdə sadələşdirilmiş qaydada təqdim olunması gözlənilir. "Hazırda hesabatlarda 4 adda sənəd qəbul olunursa, gələcəkdə onları 2-dək endirmək, yaxud daha da azaltmaq lazımdır", - Şura sədri deyib.Azay Quliyev qeyd edib ki, artıq Maliyyə Nazirliyi Şuranın təkliflərini müsbət cavablandırıb.

OXŞAR XƏBƏRLƏR