Azər Badamov 7 rəqibini pulla ələ aldı -ŞOK FAKTLAR

Azər Badamov 7 rəqibini pulla ələ aldı -ŞOK FAKTLAR
Bütün Xəbərlər
14:26 17.10.2015
8282
Parlament seçkilərinə az müddət qaldığı bir zamanda medianın gündəmində olan mövzulardan biri də ötən 5 ilin ən aktiv və passiv deputatlarıdırAydın məsələdir ki, Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili seçicilərini, eyni zamanda, bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar milləti narahat edən bütün məsələlərdə danışmağa, aktiv, fəal olmağa borculudurlar. Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır. Lakin reallıq odur ki, əksər deputatlar Milli Məclisin tanınmayan və “lal” millət vəkili adını qazanıb.
AZXEBER.COM xəbərki, Azər Badamov da məhz o deputatlardandır ki, nə adını eşidib bilən var, nə də Milli Məclisin iclaslarında səsini eşidən. Hətta bir müddət öncə media nümayəndələri arasında sorğu keçirilərək , 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovu tanıyıb, tanımadıqları soruşulmuşdu. Jurnalistlərdən bir neçəsi millət vəkilinin adını eşidib, üzünü görmədiyini söyləsə də , əksəriyyət, belə bir deputatın varlığından xəbərsiz olduqlarını bildirmişdilər. Belə nəticəyə gəlmək olar ki, Azər Badamov Milli Məclisdə aparılan müzakirələrdən xəbərsizdir və “lal” deputatlar siyahısında olanlardandır. Belə bir vəziyyətdə 51 saylı Qusar seçki dairəsinin seçicilərinin Azər Badamovu tanıyıb, tanımaması isə sual altındadır.
Azər Badamovun o qədər fəaliyyətsizdir ki, təbliğat-təşviqat dövründə internet portallarında keçirilən virtual səsvermələrdə də sonuncu yerlərdə qərarlaşıb.
AZXEBER.COM portalında baş tutan səsvermədə deputatın cəmi 3 səsi var.Qusar sakinlərinin portalımıza verdiyi məlumata görə isə Azər Badamov rəqiblərini pulla və müxtəlif vədlərlə ələ alır. Belə ki. təbliğat-təşviqat kampaniyası başlanan gündən artıq 7 şəxs namizədlikdən imtina edib. 
Həmin namizədlərin siyahısını təqdim edirik.
QARACOV ARİF MƏCİDZEYNALOV ABİL QAZƏHMƏDVƏLİMƏTOV ZAMİK CABİR - 
AĞABALAYEV DAİR AĞABALAHACIMURADOV YAQUB HACIMURADƏLİMOVA KAİNAT KAMİLAĞAVERDİYEV SAHİB CAMALƏDDİN
MƏHƏRRƏMOV ƏLABBAS KAMRAN
OXŞAR XƏBƏRLƏR