Azər qızının müəllimini biabır etdi: "Uşağa deyib ki, arxanca anan gəlsin, atan yox" - VİDEO

SOSİAL
13:57 03.05.2018
14955
Tanınmış teleaparıcı Azər Zahid övladının müəllimini kəskin tənqid edib və sosial şəbəkədə onu ifşa edib. 
 
AZXEBER.COM xəbər verir ki, o, şəxsi "İnstagram” səhifəsində qızı Dilək ilə video paylaşıb və bildirib ki, məktəbdə müəllimə uşağa düzgün tərbiyə vermir.
 
Aparıcı paylaşdığı videoya bu şərhi yazıb: "Deməli Dilək məktəbə hazırlıq kursuna gedir! Orada müəllimə uşağa düzgün informasiya verməyərək , düzgün tərbiyə vermir! Sadəcə həmin Sevinc müəlliməyə ayıb olsun! Özüm araşdırıb tapacam! Həmin müəlliməyə burada bir kəlmə bunu deyəcəm : Yəqin Sevinc müəllimə öz atasına hörmət etməyib? Ya da ki, atası ona atalıq etməyib deyə , o atalar haqqında elə fikirləşir! Ya da ki, nəisə…”
 
Qeyd edək ki, Azər Zahid və aparıcı Vüsalə Əlizadə ilə 2013-cü ilə qədər evli olublar.
 

 

OXŞAR XƏBƏRLƏR