Azər Rəşidoğlunun səhhəti ilə bağlı xoş xəbər: "Bu qədər tez reaksiyanın olacağını gözləmirdim"

Azər Rəşidoğlunun səhhəti ilə bağlı xoş xəbər: "Bu qədər tez reaksiyanın olacağını gözləmirdim"
MEDIA
19:57 19.03.2025
577
Tanınmış jurnalist, Qaynarinfo-nun redaktoru Azər Rəşidoğlunun səhhəti ilə bağlı xoş xəbər. 
 
Belə ki, Azər Rəşidoğlu səhhəti ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən müsbət xəbər alıb.
O, bu barədə sosial şəbəkə hesabında yazıb:
 
"Əziz dostlar, sevimli yurddaşlar!
 
Bilirəm ki, səhhətimlə bağlı narahatsınız. Sizə şad xəbərim var. Bir qrup media təmsilçisi, Milli Məclisin deputatları, Elmlər Akademiyasının alimləri, QHT rəhbərləri xaricdə müalicəmlə bağlı Cənab Prezidentə, hörmətli Mehriban xanıma müraciət etmişdilər. Açığı, ilk gündən dostlar təkid edirdi ki, xaricdə əməliyyat olunum. Lakin buna razı olmurdum və düşünürdüm ki, baş tacımız olan qazilər diqqətə daha çox layiiqdirlər. İlk əməliyyatı Onkologiya Mərkəzində elətdirdim. Lakin xəstəlik getdikcə şiddətlənməyə başladı. Xaricdə və ölkədəki həkimlərlə məsləhətləşdim, hər kəs mütləq xarici ölkələrin birində yenidən əməliyyat olunmağımı məsləhət gördü. Dostlarımız Cənab Prezidentə, Birinci Vitse-prezidentə və Heydər Əliyev Fonduna yardım xahişi ilə müraciət etdilər. İnanırdım ki, müsbət reaksiya olacaq, ancaq bu qədər tez reaksiyanın olacağını ağlıma gətirə bilməzdim. Bu gün Heydər Əliyev Fondundan dəfələrlə zəng oldu və ən yaxın günlərdə Türkiyəyə müalicəyə aparacaqlarını və sona qədər yanımda olacaqlarını dedilər. Hətta sənədlə bağlı kiçik problem yaranmışdı, anındaca həll etdilər. Fondun təmsilçisi mən sağalana qədər dövlətin məni yalnız buraxmayacağını və məsələnin cənab Prezidentin şəxsi nəzarətində olduğunu dedi.
 
İmza verən, imza yığan, sosial şəbəkədə paylaşan, media dəstəyi verən hər kəsə, o cümlədən cənab Prezidentə, Birinci xanım Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirəm. İnşəallah ki, tezliklə tam sağaldığımı sizə xəbər verəcəyimə inanıram. Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı. Allah Azərbaycanımızı qorusun! Hər birinizə təşəkkür edirəm! Allah sizi qorusun!".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər