Azər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu

Azər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu
İQTİSADİYYAT
11:38 14.10.2020
487

Dövlət bankı Azər Türk Bank AR Mərkəzi Bankı tərəfindən Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində hazırlanmış Ani Ödəniş Sisteminə (AÖS) qoşulub.

AZXEBER.COM xəbər verir ki, ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslər arasında ölkə daxili manat köçürmələrini sürətli və daha rahat həyata keçirməyə imkan verəcəkdir.

Müştərilər Banka müraciət etməklə öz hesablarından AÖS-də istifadə etmək üçün ilkin qeydiyyatdan keçə bilərlər. 

Pul köçürmələri haqqında daha ətraflı məlumatı  https://atb.az/ saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR