Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı

Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
İQTİSADİYYAT
11:29 06.07.2026
301

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başlatdığı kampaniyanı cari ilin 31 iyul daxil olmaqla, həmin tarixədək davam etdirir.

Kampaniya zamanı Banka müraciət edən şəxslər illik faiz dərəcəsi 9,9%-dən başlayan kreditlər əldə edə biləcəklər.

59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə təklif edilən zaminsiz  kreditin maksimal məbləği 80 000 manatdır.

Qeyd edək ki, bir ildən artıq müddətə kredit götürən müştərinin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.

Digər banklarda krediti olan şəxslər kredit öhdəliyini  Azər Türk Banka refinans edə bilərlər. Bank 80 min manatadək krediti  müraciət edən şəxsin minimum 5000 manat məbləğində refinans olunacaq öhdəliklərinin orta illik faiz dərəcəsindən 6%-dək aşağı faizlə rəsmiləşdirir.

Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

OXŞAR XƏBƏRLƏR