Azər Türk Bank Qurban bayramı münasibətilə sosial layihə həyata keçirdi - FOTOLAR

Azər Türk Bank Qurban bayramı münasibətilə sosial layihə həyata keçirdi - FOTOLAR
SOSİAL
17:17 26.05.2026
231
Dövlət bankı Azər Türk Bank hər il bayram günlərində genişmiqyaslı sosial layihələr və xeyriyyə aksiyaları keçirir. 
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan cəmiyyətində həmrəylik və qarşılıqlı yardımlaşma ənənələrinə sadiqliyi nümayiş etdirərək, hər zaman olduğu kimi bu il də Bank tərəfindən aztəminatlı ailələrə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim olunub. 
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan layihə Bakı şəhəri, Qaradağ rayonu üzrə tənha və kimsəsiz ahıl şəxsləri, aztəminatlı ailələri  əhatə etmişdir. 
 
Bank nümayəndələri  sakinləri bayram münasibətilə təbrik ediblər. 
 
Azər Türk Bank Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində müxtəlif sosial tədbir və layihələri həyata keçirməkdə davam edəcək.

 

 

 


OXŞAR XƏBƏRLƏR