Azərbaycalı müğənni: "Mən özüm də eləyəm"

MAQAZİN
08:01 11.08.2012
2550

Bir zamanlar Azərbaycan estradasının məşhur müğənnilərindən sayılan Elxan Şirinov yenidən səhnəyə qayıdır.

Bu barədə açıqlama verən müğənni bildirib ki, bundan sonra efirlərdə və mətbuatda tez-tez görünəcək: “Bir ara özüm sənətdən uzaqlaşdım. İnşallah, yeni işlərim var. Payızda 5 yeni mahnımı tamaşaçılara təqdim edəcəyəm. Həmin mahnıları mən bir neçə il əvvəl yazdırmışam. İndi onları yeni aranjemanda, müasir üslubda ifa edəcəyəm”.

Elxan Şirinov əgər işləri yaxşı alınsa, konsert verməyi də düşündüyünü deyib: “Bundan sonra işlərim yaxşı gedərsə, yəni reklamı olarsa, niyə də konsert verməyim? Əgər mahnılarıma təlabat olarsa, disk də çıxardaram. Dinləyicinin təlabatı olarsa, albom da hazırlayaram”.

Şirinov şou-biznesdən də danışaraq bildirib ki, şou aləmində hər şey yaxşıdır: “Pis də olsa, insan gərək hər şeyi yaxşı düşünsün. Əgər mən şou-biznesə pis nəsə desəm, deməli, mən özüm də eləyəm”.

OXŞAR XƏBƏRLƏR