O, silsilə qarətlərdə şübhəli bilinir.
Bu gün Qazaxıstanın Baş Prokurorluğu və DİN əməkdaşları tərəfindən Azərbaycanda silsilə oğurluq hadisələri törətməkdə təqsirləndirilərək həbs olunan 22 yaşlı Nurgül Baysanova, Aktyubinsk vilayəti ərazisində analoji cinayətlər törətdiyinə görə məsuliyyətə cəlb edilməsi üçün ölkəsinə ekstradisiya olunub.
Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
Qazaxıstan Baş Prokurorluğunun sorğusu əsasında onun ekstradisiyası barədə qərar Azərbaycan Baş Prokurorluğu tərəfindən bu il yanvarın 13-də verilib.
Qadın artıq Astanada istintaq təcridxanasına yerləşdirilib.
///Oxu.az