Azərbaycan alimlərindən daha bir kəşf

Azərbaycan alimlərindən daha bir kəşf
Bütün Xəbərlər
16:26 13.09.2013
1016

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dərman və ətir keyfiyyətinə malik, bədxassəli şişlərə və orqanizmdə yaranan pozuntulara qarşı yüksək aktivliyi ilə seçilən bu bitki növünün çoxalma üsulları işlənib hazırlanıb. Tədqiqatlar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu tərəfindən "Zəfəranın biotexnoloji çoxalma üsullarının işlənib hazırlanması" adlı 2 illik qrant layihəsi çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri institutun biomühəndislik və biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri namizədi Tofiq Qaragözovdur. Alim bildirir ki, hazırda dünyada ildə 170-300 tona qədər zəfəran məhsulu alınmasına baxmayaraq, onun əkildiyi sahələrin məhdudlaşması, yoluxucu bakterial xəstəliklərin çoxluq təşkil etməsi məhsulun 50 faiz itkisinə səbəb olur. Nəticədə bitkiyə tələbat daha da artır. Materialın virusdan təmizlənməsinə nail olmaq və yaranmış ehtiyacı ödəmək layihənin əsas məqsədidir. Tədqiqatların nəticəsində soğanağın müxtəlif hissələrindən götürülən toxumaların süni qida mühitində əkilərək çoxaldılması mümkün olub. Belə ki, 2-3 millimetr qalınlığı olan zəfəran soğanağının diskvari kəsikləri müxtəlif tərkibli süni qidalanma şəraitində əkilib və xeyli sayda zəfəran soğanaqları əldə olunub. T.Qaragözovun sözlərinə görə, təbii yolla bir soğanaqdan bir zəfəran əmələ gəlirdisə, bu üsulla 5 aya yüzlərlə zəfəran yetişdirmək mümkün olacaq.//trend

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq