Azərbaycan-Alman Tibbi təlim kursları açıldı

Azərbaycan-Alman Tibbi təlim kursları açıldı
GƏNCLİK
15:39 01.10.2012
2768

I Azərbaycan-Alman Tibbi təlim kurslarının açılış mərasimi keçirilib

Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Tibb Universiteti və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Almaniyanın Haydelberg və Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə I Azərbaycan-Alman Tibbi təlim kurslarının açılış mərasimi keçirilib. 
İctimai Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, mərasimdə Azərbaycan Tibb Universitetinin prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurban Müslümov, millət vəkilləri Ceyhun Osmanlı, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev, elmi xadimlər, akademiklər, professorlar, “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, ASAİF-in baş katibi Vüsal Qurbanov iştirak ediblər.
İlk olaraq çıxış edən Rafiq Məmmədhəsənov Azərbaycan Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, təşkil edilən Azərbaycan-alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və onların müasir tibbin yenilikləri ilə bağlı məlumatlar əldə etmələrində böyük əhəmiyyəti var.
Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurban Müslümov layihə haqqında geniş məlumat verib. Müslüm Qurbanov qeyd edib ki, təlim kursları təbabətin ən aktual sahələrini: ümumi və laparoskopik cərrahiyyə, ginekologiya, anesteziologiya- reanimatologiya, radiologiya endoskopiya və s əhatə etməklə ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcək. Kurslardan əksəriyyəti rezidentlər və tələbələr olmaqla 500 nəfərə yaxın mütəxəssis yararlanacaq.
Daha sonra ATU-nun Tədris-Terapevtik klinikasının direktoru, professor Surxay Musayev son illər səhiyyənin inkişafında əldə edilmiş dinamik inkişafı qeyd edib, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan hər addımın xüsusi önəm daşıdığını vurğulayıb.Milli Məclisin deputatları Ceyhun Osmanlı, Məlahət İbrahimqızı, Jalə Əliyeva çıxış edərək qeyd ediblər ki, Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu səpkili tədbirlərin keçirilməsi buna bariz nümunədir. Gənclər öz üzərində işləməklə, bu kimi tədbirlərə qatılaraq bilik və təcrübələrini artıra bilərlər.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov öz çıxışında bu kimi tədbirlərin əhəmiyyətini qeyd edərək, gənclərin inkişafına, gələcək karyeralarına töhfə verəcəyini bildirib və daim Azərbaycan Gənclər Fondunun bu kimi tədbirlərin həyata keçirilməsinə dəstək olacağını vurğulayıb.
Tədbir zamanı Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanın bir neçə universitetləri ilə birgə planlaşdırdığı “Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri“ adlı layihəsinin təqdimatı keçirilib.
Qeyd edək ki, təlimlər 2 oktyabr tarixinə qədər davam edəcək
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib