AZXEBER.COM xəbər verir ki, MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlar Almaniya Bundestaqında bu ölkənin qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüş keçirəcəklər. Görüşdə Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ərəfəsində görülən işlər, Azərbaycan həqiqətləri və bəzi qüvvələrin Azərbaycana qarşı qarayaxma kampaniyası barədə faktlar QHT və KİV nümayəndələrinin diqqətinə çatdırılacaq.