"Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər"

"Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər"
SİYASƏT
10:30 08.01.2026
179
Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.
 
Ölkə başçısı çıxışında Azərbaycan və Amerika arasındakı münasibətlərin inkişaf mərhələsi ilə bağlı ölkə və dünya gündəmində maraq kəsb edən bir çox vacib məsələyə toxunub. Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayıb.
 
"Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə" – deyə Prezident çıxışında bildirib.
 
İqbal Əliyev
Göygöl RİHB Aşıqlı kənd İƏD üzrə nümayəndəsi
OXŞAR XƏBƏRLƏR