Azərbaycan arxeoloqları Baş prokurora müraciət etdi

Azərbaycan arxeoloqları Baş prokurora müraciət etdi
SOSİAL
10:13 17.11.2020
585
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı, sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, elmi işçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.

Bu barədə AZXEBER.COM-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparmaları məsələsinə toxunulub.

Göstərilib ki, 2002-ci ildən başlayaraq ermənilər xarici ölkə alimlərini cəlb etməklə on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə - Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri aparmış, respublikanın aidiyyatı orqanlarının müvafiq izacəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınıb.

Müraciətdə qeyd edilib ki, Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparıb, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kultorologiya fakültəsinin rəhbəri olan Hamlet Petrosyan olmaqla qanunsuz arxeoloji qazıntılara başlayıb. Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilib. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma "Tiqranakert şəhərinin” tapdıqlarını və bu ərazilərin guya "ermənilərin qədim əraziləri olduğu” haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar etmişlər. 2009-cu ildə bu ərazilərdə "Tiqranakert qoruğu” təşkil edən qondarma rejim, 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında "Tiqranakert Arxeoloji Muzeyi” yaradıb.

Şahbulaq qalasında müsəlman abidəsini muzeyə çevirərək, uzun müddət aparılan qanunsuz qazıntıların nəticəsində ətraf ərazilərdən aşkar etdikləri arxeoloji materialları bu muzeydə saxlamışlar. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra qanunsuz ekspedisiyanın rəhbəri Hamlet Petrosyan özünün Facebook səhifəsində, maddi mədəni irs nümunələrinin artıq Şahbulaqda olan muzeydən çıxarıldığını həyasızcasına bildirmişdir.

Müraciətdə qeyd edilmişdir ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il 10 aprel tarixli Qanunun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozmuşlar.

Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulamışlar.

Azərbaycan alimləri müraciətlərində bildiriblər ki, istintaq-axtarış prosesində ermənilərin abidələrimizlə bağlı daha çox cinayət əməllərinin üzə çıxacağı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident
09:17 18.06.2026
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident