Azərbaycan AVRO-2024-ə vəsiqə qazana bilər? - "Estoniyanı məğlub etmişik deyə xam xəyallara dalmayaq"

İDMAN
10:41 16.10.2023
450
Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
 
Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Avstriyanı qəbul edəcək.
 
Əgər bu gün İsveç Belçikaya məğlub olsa, Azərbaycan Avtriyaya qalib gəlsə milli komanda AVRO-24-ə vəsiqə qazanmaq şansı əldə edəcək.
 
Bəs Azərbaycan yığmasının AVRO-2024-ə vəsiqə qazana bilmə ehtimalı nə qədərdir? 

Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında Azərbaycanın AVRO-2024-ə vəsiqə qazanmaq  şansının bir faiz olduğunu bildirib:
 
"Azərbaycan AVRO-2024-ə vəsiqə qazana bilməz. Nəzəri olaraq şansımız qalsa da, amma reallıq başqa şey deyir. Əvvəla, standart yolla, yəni təsnifat mərhələsi ilə faktiki 1 faiz şansımız qalır. Qarşıda Avstriya, İsveç və Belçika ilə oyunlar var və biz bu matçlarda qələbə qazanmalı, özü də bunu böyük hesablarla etməliyik. Məsələn, bugünkü matçda Avstriyanı 3:0 hesabıyla məğlub etməliyik. Bu isə inandırıcı deyil. Mən hələ səfərdə Belçika ilə matçı demirəm. Üstəlik, Avstriya və Belçika sonrakı iki matçda xal qazanmamalıdı. Yəni nağıldı bu söhbət. Millimiz həvəskar Estoniyanı yenib deyə, xam xəyallara dalmayaq".
 
Azərbaycanın Millətlər Liqasında şansının olduğunu deyən mütəxəssis bunun üçün iki rəqibi məğlub etmək lazımdır deyə bildirib: 

"O ki qaldı Millətlər Liqasına, hə orda müəyyən şans var, bunun üçün Qazaxıstan, Lüksemburq və Yunanıstandan biri təsnifatla final mərhələsinə vəsiqə qazanmalıdı. Bu realdır. Lap bu olsa belə, biz pley-offa çıxırıq, orda isə 2 rəqibi məğlub etmək lazımdı. Mən bizim AÇ-2024-ə çıxma şansımızın olmadığını düşünürəm və bunun günahını baş məşqçi Canni De Byazidə görürəm".
OXŞAR XƏBƏRLƏR