Azərbaycan Avropa Hərəkatı Beynəlxalq Avropa Hərəkatına tam hüquqlu üzv oldu

GƏNCLİK
13:30 21.09.2012
1541
20 sentyabr 2012-ci il tarixində Beynəlxalq Avropa Hərəkatının İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda Azərabycanla bağlı iki məsələyə baxılıb. İlk olaraq Azərbaycan Avropa Hərəkatının (AAH) Beynəlxalq Avropa Hərəkatına (BAH) tam hüquqlu üzv seçilməsi ilə bağlı yenicə Bakı səfərindən qayıtmış BAH-ın baş katibi Diogo Pintonun Azərbaycanla bağlı hazırladığı hesabat müzakirə olunub. Müzakirələrdən sonra Azərbaycan Avropa Hərəkatının Beynəlxalq Avropa Hərəkatına tam hüquqlu üzv olması üçün bütün prosedurları keçməsi, həmçinin fəaliyyətini standartlara uyğun qurması nəzərə alınaraq AAH-ın Beynəlxalq Avropa Hərəkatına tam hüquqlu üzv kimi qəbul edilməsinə qərar verilib. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Hərəkatı Beynəlxalq Avropa Hərəkatının bundan sonrakı fəaliyyətində seçmək, seçilmək və qurumun nizamnmaəsində öz əksini tapmış bütün hüquqlara malikdir. Azərbaycanla bağlı baxılan digər məsələ isə BAH-nın ənənəvi olaraq hər il şərqi avropa ölkələrinin birində keçirdiyi Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı forumunun 2013-cü ildə Bakıda keçirilib – keçirilməməsi olub. Azərbaycan Avropa Hərəkatının bu forumun təşkili üçün yetərincə potensiala malik olması, Azərbaycanda fəaliyyət göstərən bütün tərəflərlə bərabər səviyyədə əməkdaşlıq etməsi və Azərbaycanın Avropaya inteqrasiyasının əhəmiyyəti nəzərə alınaraq 2013-cü il Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı Forumunun Bakı şəhərində keçirilməsi qərara alınıb. Beləlilklə BAH-nın Azərbaycanla bağlı fəaliyyəti daha da genişləndirilərək Azərbaycanın Avropaya inteqrasiya prosesində əhəmiyyətli dəstəkçisinə çevrildi.

OXŞAR XƏBƏRLƏR