Azərbaycan Avropa Hərəkatı əsasnaməsinə uyğun olaraq hərəkatın hərəkatın icra sturkturuna rəhbərlik baş katib tərəfindən həyata keçirilir.
Hərəkatın mətbuat xidmətindən verilən məlumata görə, Aygül Cəfərova Azərbaycan Avropa Hərəkatının baş katibi olub. O, hərəkatın prezidenti Ramin Hacılın təqdimatı ilə İdarə Heyəti tərəfindən təsdiqlənib. Artıq Beynəlxalq Avropa Hərəkatına bu barədə məlumat verilib və BAH bu təyinatı təsdiqləyib (https://www.europeanmovement.eu/index.php?id=6825).
Cəfərova Aygül İlqar qızı 19 aprel 1989-cu ildə Bakı şəhərində dünyaya gəlib. O, Azərbaycan Dillər Universitetinin İngilis dili ixtisası üzrə bakalavr, Almaniyanın Filips - Marburg Universitində linqivistikavə veb texnologiyalar üzrə magistir dərəcəsi alıb.
Aygül Cəfərova 2009-cu ildə Dalğa Gənclər Hərəkatının fəalı, “Demokratiya məktəbi”nin tələbəsi olub. O, 2013-cü ilin aprel ayından Azərbaycan Avropa Hərəkatında baş katib kimi fəaliyyətə başlayıb.