Azərbaycan Basketbol Liqası: "Neftçi" bölgə klubunu məğlub edib

İDMAN
19:09 11.11.2023
180
Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

Günün ilk matçında "Neftçi" "Şəki"ni qəbul edib.

"Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsi ilə bitib - 90:64.

Qeyd edək ki, günün digər görüşündə "Xırdalan" "Sabah"la üz-üzə gələcək. III turun əvvəlki oyunlarında "Xəzri" "Cəlilabad"ı 89:79, "NTD-İndiqo" "Gəncə"ni 94:76, "Sumqayıt" isə "Sərhədçi"ni 74:70 hesabı ilə üstələyib.

OXŞAR XƏBƏRLƏR