Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib - FOTOLAR

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib - FOTOLAR
İQTİSADİYYAT
14:19 28.10.2025
224
Bu gün Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edib.

Tərəflər Azərbaycan və Belarus arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildiriblər ki, iki ölkə arasında strateji tərəfdaşlıq, dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq və dostluq münasibətləri əsasında inkişaf edir. Qeyd olunub ki, münasibətlərin müqayisəli üstünlüyü məhz müxtəlif sahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsində özünü göstərir.

Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib, 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər qeyd edilib.

Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanın yığılmasının davam etdirildiyi bildirilib. Qeyd edilib ki, bununla yanaşı, Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda "Moqilyovliftmaş” ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir, 2025-ci ildə 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə agroşəhər layihəsi üzərində işlərin davam etdiyi, baş planın təsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupun formalaşdırıldığı qeyd olunub. Eyni zamanda, farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələr yekunlaşma mərhələsində olduğu bildirilib.

Tərəflər peşə təhsili sahəsində əməkdaşlığı da mühüm istiqamət kimi dəyərləndiriblər. 2024–2025-ci illər üçün Birgə Fəaliyyət Planının icrasının davam etdiyini, Bakıda "Qida texnologiyası” ixtisası üzrə Belarus tədris modeli əsasında kadr hazırlığı həyata keçiriləcəyini vurğulayıblar.

Eyni zamanda, Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib.

İclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib. Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi 42% artaraq 506 milyon ABŞ dollarına çatıb. Bununla belə, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.

Mədəniyyət, təhsil, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də diqqətdə saxlanılıb. Əməkdaşlıq çərçivəsində qarşılıqlı olan mədəniyyət günlərinin keçirilməsi, gənclər forumlarının təşkili və şəhərlər arasında qardaşlaşma təşəbbüslərinin genişləndirilməsinin iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirildi.

İclasın yekununda Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb. Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.

Tərəflər bir daha Azərbaycan–Belarus münasibətlərinin strateji xarakterini vurğulayaraq, əməkdaşlığın gələcəkdə də dostluq, qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndiriləcəyini bəyan ediblər.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib