Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə gecəsi keçirilib

Azərbaycan bəstəkarı Qara Qarayevin xatirə gecəsi keçirilib
MƏDƏNİYYƏT
16:00 14.02.2012
2446
Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda ölməz bəstəkarımız, SSRİ Xalq Artisti Qara Qarayevin xatirə gecəsi keçirilmişdir. ABİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimi açıq elan edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın həyat və yaradıcılığından söhbət açmışdır. Natiq onun milli bəstəkarlıq məktəbinin inkişafı istiqamətində gördüyü əhəmiyyətli işləri diqqətə çatdırmışdır. Xalq artistləri Tofiq Bakıxanov, Sevda İbrahimova, Əməkdar İncəsənət Xadimi Azər Dadaşov öz sənət müəllimləri barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
OXŞAR XƏBƏRLƏR