03:59 Bazar Ertəsi, 16 Sentyabr 2019
İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır

11:56, 27.08.20192210
Azərbaycan Beynəlxalq Bankı Transformasiya  Ofisi formalaşdırır
Texnologiyaların sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş verən dəyişikliklərə uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı transformasiyasını tələb edir. Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya tədbirlərinin effektiv icrası məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq Transformasiya Ofisinin qurulmasına başlayıb və burada işə qəbul üçün vakansiyalar elan edib.

AZXEBER.COM xəbər verir ki, transformasiya Ofisində işə qəbul olunan hər bir işçi Bankın digər struktur bölmələrinin əməkdaşları ilə birgə çalışacaq. Azərbaycan Beynəlxalq Bankının bu irimiqyaslı layihəsində yaxından iştirak ona bərabər imkanlar mühitində uğurlu karyera qurmaqla yanaşı, komanda işi vərdişlərini daha da təkmilləşdirmək, yeni bilik və bacarıqlar əldə etmək, xüsusilə beynəlxalq konsultantlarla müştərək iş mühitində əlavə təcrübələr qazanmaq fürsəti yaradacaq.

Vakansiyalar üzrə vəzifə öhdəlikləri, namizədlərə tələblər və müraciət qaydaları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/about-bank/human-resources/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
XƏBƏR LENTİ