Azərbaycan Beynəlxalq Bankından daha bir ilk – Bank IT Akademiyası yaradır!

Azərbaycan Beynəlxalq Bankından daha bir ilk – Bank IT Akademiyası yaradır!
İQTİSADİYYAT
14:50 15.08.2019
4833
Azərbaycan Beynəlxalq Bankı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində İnformasiya Texnologiyaları Akademiyasının yaradılmasına başlayıb. Bu layihə ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq, peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək məqsədi daşıyır.

AZXEBER.COM xəbər verir ki, akademiya Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək, burada təhsil ödənişsiz olacaq. IT sahəsində bilik və bacarıqlar qazanaraq peşəkar karyera qurmaq istəyən 20-34 yaş arasında gənclərə Akademiyada təhsil almaq imkanı yaradılacaq. Layihənin effektivliyi üçün qəbul zamanı, əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında oxuyan tələbələrə üstünlük veriləcək.

Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihə Bankla "DAN.IT Education” mərkəzinin tərəfdaşlığı ilə reallaşdırılacaq. Qeyd edək ki, "DAN.IT Education”in Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qlobal şirkətlər təmsil olunur. Mərkəzin fəaliyyəti tam şəkildə İsrail təcrübəsi əsasında qurulduğundan yeni IT Akademiyasında tədris prosesi də İsrailin IT təhsili sistemi və bu sistemin məşhur TELEM metodu əsasında aparılacaq. Belə bir metod tələbələrin güclü tərəflərini üzə çıxararaq inkişaf etdirməyə imkan verir, onlarda öyrənmə üçün motivasiya yaradır.

Akademiyada təşkil olunan bootcamp təlimlər əsasında FrontEnd və BackEnd daxil olmaqla 2 əsas istiqaməti əhatə edəcək həmçinin Mobile Application və Business Intelligence mövzularıda əlavə tədris olunacaq . Göstərilən hər proqram 300 akademik saatdan ibarət olacaq və 2,5 ay müddətində davam edəcək. Akademiyaya qəbul üçün müsabiqə sentyabrın 9-da elan ediləcək. Bu məqsədlə onlayn platforma yaradılacaq, arzu edən şəxslər qəbul üçün ərizələrini bu platforma üzərindən təqdim edə biləcəklər. Qəbul 4 mərhələdən ibarət olacaq: abituriyentlərin qeydiyyatı, İT sahəsinə olan motivasiyanın dəyərləndirilməsi, texniki test imtahanı və fərdi müsahibə.

Azərbaycan Beynəlxalq Bankı DAN.İT Education-la birgə Akademiyaya beynəlxalq təcrübəyə və yüksək peşəkarlıq səviyyəsinə malik olan təlimçilər cəlb edəcək. Həmçinin Mobile Application, Business Intelligence, Product Management, Data Science sahələri üzrə ekspertlərin tələbələrlə görüşləri və müxtəlif online-workshop-ları nəzərdə tutulub. Məzunlara əmək bazarında böyük tələbatın olmasından ötrü IT Akademiyasının nüfuzunun, burada aparılan tədris keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması üçün bütün digər lazımi tədbirlər də həyata keçiriləcək.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, bankın belə bir sosial təşəbbüsü zamanın çağırışından irəli gəlir: "Müasir dünyamızda texnologiyalar inkişafa təkan verən həlledici amilə çevrilib. İnnovativ texnologiyalara bələdlik insanların məşğulluğu baxımından da bu gün əsas meyarlardandır. Yerli və qlobal əmək bazarlarında bu sahənin mütəxəssislərinə tələbat getdikcə artır. Biz də böyük biznes qurumlarından biri kimi gələcək qarşısındakı məsuliyyətimizi dərk edərək, həm gənclərimizin peşəkar inkişafına və əmək bazarındakı tələbatın qarşılanmasına dəstək, həm də ölkəmizdə informasiya cəmiyyətinə töhfə vermək məqsədilə belə bir sosial layihənin icrasına başladıq. Nəticəsi, ümid edirik ki, ölkəmiz, insanlarımız üçün çox faydalı olacaq”.

"DAN.IT Education” mərkəzinin qurucusu Eran Lasser isə deyib: "Bu sosial təşəbbüsün reallaşdırılmasında Azərbaycan Beynəlxalq Bankının tərəfdaş olaraq məhz bizi seçməsindən çox məmnunuq. Bu seçim təsadüfi deyil. "DAN.IT Education” məzunlarının kursları başa vurduqdan dərhal sonra IT sferasında işə götürülmə göstəricisi 73%-dən çoxdur. Bu da bizim tətbiq etdiyimiz öyrətmə metodlarının effektivliyindən, tədris sistemimizin keyfiyyətindən irəli gəlir. Belə bir layihə IT sahəsində peşəkar biliklər qazanaraq uğurlu karyera qurmaq istəyən hər kəsə gözəl bir şansdır. İnanırıq ki, bu Akademiyanın fəaliyyəti ilə Azərbaycanın IT təhsili ekosisteminə də maraqlı yeniliklər gətirə biləcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
19:12 15.05.2025
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil