Azərbaycan beynəlxalq konfransda iştirak edib

Azərbaycan beynəlxalq konfransda iştirak edib
Bütün Xəbərlər
10:00 17.07.2015
595
Bu il iyulun 13-16-da Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA)rəhbəri Əşrəf Şıxəliyev Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən “İnkişafın Maliyyələşdirilməsi üzrə Üçüncü Beynəlxalq Konfrans”da iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən Ə.Şıxəliyev Azərbaycanın siyasi-iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, iqtisadiyyatın diversifikasiyı, özəl sektorun inkişafı, yoxsulluğun aradan qaldırılması, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr və digər vacib tədbirlər strateji tədbirlər haqqında məlumat verib.

O, Azərbaycanın yeni donor ölkəsinə çevrildiyi və dünya miqyasında donorlar ailəsinə qoşulduğu bildirərək, ölkəmizin Heydər Əliyev Fondu və AİDA vasitəsilə dünyanın müxtəlif ölkələrinə yardımlar göstərdiyini və bu yaxınlarda üç Afrika dövlətinə Ebola epidemiyası ilə mübarizəyə yardım etdiyini vurğulayıb.

Bu günədək Afrika, Latın Amerikası və Asiyanın 40-dan çox ölkəsinin AİDA-nın humanitar, maliyyə və texniki yardımlarından faydalandığı bildirildi. Həmçinin, ölkəmizin 20% ərazisinin Ermənistan tərəfindən işğal olunduğu və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans Efiopiya hökuməti və BMT baş katibliyinin birgə təşəbbüs və təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində əsas məqsəd 2015-ci il sonrası inkişaf gündəliyinin həyata keçirilməsinə dəstəyin və töhfənin verilməsi üçün müzakirələrin aparılmasıdır. Tədbirdə dünya ölkələrinin dövlət nümayəndələri ilə yanaşı, bir çox inkişaf agentlikləri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

Eyni mövzuda ilk konfrans 2002-ci il martın 18-22-də Meksikanın Monterrey şəhərində, ikinci konfrans isə 2008-ci il noyabrın 29-dan dekabrın 2-dək Qətər Dövlətinin Doha şəhərində keçirilib.
OXŞAR XƏBƏRLƏR