“Azərbaycan Biznesinin İnkişafı Fondu”na yeni səlahiyyət verildi - Fərman

“Azərbaycan Biznesinin İnkişafı Fondu”na yeni səlahiyyət verildi - Fərman
SİYASƏT
20:02 09.06.2026
236
İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılması, mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond tərəfindən təmin edilməlidir.

Fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində tətbiq edilir.

Təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatların sahibkarlıq subyektlərinə təqdim etdiyi kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 %-dir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 %-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.

Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi "Elektron kredit və zəmanət” informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənə qədər həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- 6 ay müddətində sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən ölkə Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair;
 
- 3 ay müddətində, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı;

Hökumət işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin məbləğini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini 1 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün 1 ay müddətində zəruri tədbirlər görməli, fərmanda nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
19:46 20.07.2026
Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
19:25 20.07.2026
Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
İranda məscidin imamına hücum edilib
19:16 20.07.2026
İranda məscidin imamına hücum edilib
Macarıstanda prezident postuna məşhur şahmatçı gətirilir
18:59 20.07.2026
Macarıstanda prezident postuna məşhur şahmatçı gətirilir
Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin kitabının təqdimatı olub - FOTOLAR
18:47 20.07.2026
Ağdamda Özbəkistanın gənc şairi Şöhrət Arifin kitabının təqdimatı olub - FOTOLAR
Starmer Baş nazir postu ilə vidalaşıb: Mənim işim başa çatdı
18:45 20.07.2026
Starmer Baş nazir postu ilə vidalaşıb: Mənim işim başa çatdı
ABŞ ordusunda itkilər artır
18:34 20.07.2026
ABŞ ordusunda itkilər artır
Qalibaf: ABŞ müharibəni dayandırmaq istədiyini iddia edir, lakin bölgəyə yeni silahlar gətirir
18:21 20.07.2026
Qalibaf: ABŞ müharibəni dayandırmaq istədiyini iddia edir, lakin bölgəyə yeni silahlar gətirir
Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı
17:57 20.07.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanıldı
Marketdən soyğunçuluq edən şəxs saxlanıldı
17:44 20.07.2026
Marketdən soyğunçuluq edən şəxs saxlanıldı
Əkiz uşaqlarda bu risklər daha yüksəkdir – Pediatr səbəbləri açıqladı
17:43 20.07.2026
Əkiz uşaqlarda bu risklər daha yüksəkdir – Pediatr səbəbləri açıqladı
Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir
17:36 20.07.2026
Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
17:27 20.07.2026
Azərbaycanda çevik iş rejiminə keçid: İş saatları dəyişəcək?
Türkiyədə “Ahbap” istintaqı: Bəs Azərbaycanda toplanan yardımlara kim nəzarət edir?
17:17 20.07.2026
Türkiyədə “Ahbap” istintaqı: Bəs Azərbaycanda toplanan yardımlara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu