Azərbaycan borc istədi - 4 milyard dollar

Azərbaycan borc istədi - 4 milyard dollar
Bütün Xəbərlər
12:20 28.01.2016
2229

Azərbaycan hökuməti ölkədə iqtisadi islahatlara dəstək proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan 3 milyard dollar, Dünya Bankından isə 1 milyard dollar istəyib.

AZXEBER.COM bildirir ki, bunuTrend-ə Azərbaycan hökumətindəki mənbə deyib.

Mənbə bildirib ki, hazırda Azərbaycan hökumətinin artıq reallaşdırdığı və həyata keçirməyi planlaşdırdığı iqtisadi islahatlara dəstək üzrə tədbirlər müzakirə olunur: "Bu tədbirlər dövlət büdcəsinin dəstəklənməsi üçün maliyyələşdirmə ilə müşayiət oluna bilər".

Bu gün Maliyyə Nazirliyində və Azərbaycan Mərkəzi Bankında görüşlər planlaşdırılıb. Nümayəndə heyətinin əsas tərkib hissəsini Valyuta Fondunun ekspertləri təşkil edir. Onlara Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar da qoşulub. Qeyd edək ki, Raşmi Şankar və DB-nin Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə qabaqcıl eksperti Anjela Priqojina ötən həftədən Bakıdadırlar.

OXŞAR XƏBƏRLƏR