DGK məlumat yaydı.
2015-ci ilin ilk iki ayı ərzində (yanvar, fevral) 3milyon 406.27 min dollar dəyərində çay ixrac olunub.Bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 32% azdır.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, 2015-ci ilin iki ayı ərzində çayınümumi ixracda payı 0.15% olduğu halda, 2014-cü ilin müvafiq dövründə bu rəqəm 67.84% olub.
Qeyd edək ki, Azərbaycan xaricə satdığı şəkərin də miqdarını azaldıb.
Belə ki, 2014-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan 30 milyon 868.68 min dollar dəyərində şəkər ixrac etmişdisə, 2015-ci ildə bu rəqəm 18 milyon 747.50 min dollara düşüb. Bir ildə azalma isə 40%-dir. Onu da əlavə edək ki, Azərbaycan şəkər ixracını azaltsa da, idxalı 49% artırıb.