Azərbaycan çempionatında oynayan ən bahalı futbolçular - SİYAHI

İDMAN
01:31 15.08.2015
4635
Topaz Premyer Liqasında çıхış edən ən bahalı futbolçular müəyyənləşib. AZXEBER.COM "Transfermarkt"a istinadən хəbər verir ki, çempionatımızın ən bahalı futbolçusu Ermin Zetsdi.
"Qəbələ"nin Bosniya və Hersoqovinadan olan üzvünə 2 milyon avro qiymət qoyulub. İlk "üçlük"də "Qəbələ"lə futbolçular yer alıb. Belə ki, Aleksiy Antonova 1.5, Vitali Verniduba 1.2 milyon avro qiymət qoyulub.
Ən bahalı 15 futbolçu araında "Qəbələ"nin 8, "Qarabağ"ın 6, "Neftçi"nin isə 1 üzvü yer alıb.
1. Ermin Zets (Qəbələ) - 2.00 milyon avro2. Aleksiy Antonov (Qəbələ) - 1.5 milyon avro3. Vitali Vernidub (Qəbələ) - 1.2 milyon avro4. Riçard Almeyda (Qarabağ) - 1.2 milyon avro5. Kaue (Neftçi) - 1 milyon avro6. Reynaldo Silva (Qarabağ) - 1 milyon avro7. Dmitro Bezotosnı (Qəbələ) - 1 milyon avro8. Çumbinyo (Qarabağ) - 900 min avro9. Əlharbi Əl Jadeyui (Qarabağ) - 800 min avro10. Dani Quintana (Qarabağ) - 800 min avro11. Georgi Floresku (Qəbələ) - 750 min avro12. Sergey Zenyov (Qəbələ) - 750 min avro13. İbrahim Şehiç (Qarabağ) - 700 min avro14. Rikardinyo (Qəbələ) - 700 min avro15. Voyislav Stankoviç (Qəbələ) - 650 min avro
OXŞAR XƏBƏRLƏR